AZ

"Toy sahibləri maşına, geyimə və qızıla görə adama hörmət qoyur"

"Toy biznesində sürüdüyün maşına, işlətdiyin telefona görə səni qarşılayırlar. Mən bu şeyi yaşamışam. Hətta öz sənət yoldaşlarımın arasında da bu şey baş verib. İki dəfə mənə pis təsir edib".

 

Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nigar Şabanova "Xəzər axşamı" verilişində deyib. O, üzləşdiyi hadisələrdən danışıb:

 

"İlk avtomobilim kiminsə üçüncü maşını dərəcəsində olub. Markası o qədər də bahalı deyildi. 2013-cü ildə 35-40 min civarında idi. Xanım sənət yoldaşlarımdan biri toyda oxumağa gələndə çıxardı bahalı avtomobilin açarını və qoydu masanın üstünə. Mənə pis təsir etdi. Bildim niyə belə edir. Çünki onun sənəti yox idi. Ona qıcıq verirdi ki, mən olan yerdə niyə Nigar olmalıdır? O hələ təzə başlayıb oxumağa.

 

Bir dəfə isə muğam müsabiqəsindən təzə çıxmış qızlardan biri ilə sənət yoldaşımın toyundan çıxırdıq. Eyni mənim maşınımdan sürürdü. Mənə artıq fəxri ad verilmişdi. Çıxanda maşınıma baxdı və baxışları ilə demək istədi ki, ikimiz də eyni markalı avtomobil sürürük. Anama getdim dedim ki, mənə bu maşını dəyişməyə icazə verməsə, daha ona minməyəcəyəm. Ondan sonra bahalı maşın aldım.

 

İnanın ki, toy adamları da ona fikir verir. Hər təbəqənin toya gedə bilmirik, bəzilərinin gücü çatmır bizi dəvət etməyə. Elə təbəqlərin toyuna gedirik ki, birinci maşınına, sonra isə geyiminə və taxdığın brilyantın, qızılın dəyərinə görə adama hörmət qoyurlar, reallıq budur". (Axsam.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

phrase_var_article.chosen
268
50
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close

phrase_var_article.rating

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
43430
Abdullahianın cəsədi tapıldı - FOTO
30609
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24685
Helikopter qəzasına görə azərbaycanlı fəal həbs edildi
23490
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
20045
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
17333
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
15126
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11694
Helikopterin qalıqları tapılıb
11657
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
8074
"İran prezidentinin ölümündə bu ölkə günahkardır" - Keçmiş nazirdən İDDİA
7300
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6951
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6852
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5880
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5466
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
5265
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4439
"Kurtlar Vadisi"ndəki helikopter qəzası səhnəsi yenidən gündəm oldu - VİDEO
4002
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3952