AZ

Minlərlə avtomobil Çinə görə bloklandı - “Porsche”, “Bentley” və “Audi”

ABŞ limanlarında minlərlə “Porsche”, “Bentley” və “Audi” markalı avtomobillər bloklanıb.

Avtosfer.az xəbər verir ki, buna səbəb avtomobillərdə Çindən gələn qadağan olunmuş hissələrdən istifadə olunduğunun aşkar edilməsidir.

Məlumata görə, istifadə olunmuş hissələr uyğur xalqının nümayəndələrinin məcburi əməyindən istifadə edilərək qərbi Çində istehsal olunub. ABŞ-da Çinin belə ərazilərindən idxal qanunla qadağandır.

Avtomobil tədarükçüsü isə bundan xəbəri olmadığını bildirib. Hazırda şirkət mindən çox “Porsche” idman avtomobili və yolsuzluq avtomobilində, yüzlərlə Bentleydə və minlərlə Audidə tapılan komponenti əvəz edir.

Qeyd edək ki, hadisənin baş vermə şəraitinin aydınlaşdırılması üçün araşdırmalara başlanılıb.

Məhəbbət Tərlanoğlu

Seçilən
224
3
avtosfer.az

5Mənbələr