AZ

Gürcüstan 2023-cü ildə turizmdən rekord qazanc əldə edib

Gürcüstanın beynəlxalq turizmdən əldə etdiyi gəlir ötən il rekord həddə - 4,1 milyard dollara çatıb ki, bu da 2022-ci ilin göstəricisini 17,3% ötüb. 

Valyuta.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Turizm Administrasiyası məlumat yayıb.

"2023-cü ildə beynəlxalq turizmdən əldə olunan gəlir [pandemiyadan əvvəlki] 2019-cu ilin səviyyəsini 26,2% (856,7 milyon dollar), 2022-ci ildə isə 17,3% (608,7 milyon dollar) ötüb. Gürcüstan 4,1 milyard dollarla rekord gəlir əldə edib", - hesabatda deyilir. 

Departamentin məlumatına görə, ötən il əcnəbi vətəndaşlar tərəfindən Gürcüstana turizm məqsədi ilə 4 milyon 669 min 467 səfər olub ki, bu da 2022-ci ilin göstəricisindən 27,8 faiz çoxdur. Ümumilikdə, ötən il Gürcüstanın qeyri-rezidentləri ölkəyə 7 milyondan çox səfər edib. İl ərzində bu rəqəm 30,3% artıb. 2023-cü ildə Gürcüstana ən çox səfər edən Rusiya vətəndaşları olub - 1,4 milyondan çox, bu, əvvəlki illə müqayisədə 30,5% çoxdur. İkinci yerdə Türkiyə vətəndaşları (1,3 milyondan çox), üçüncü yerdə 962 mindən çox Ermənistan və 217 mindən çox İsrail vətəndaşları gəlir.

Nicat

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
147
50
valyuta.az

10Mənbələr