AZ

Nərgiz Əliyarovanın Nyu-Yorkda məşhur "Karnegi Holl"da triumfu - Arif Məlikova həsr olunur (FOTO/VİDEO)

Bakı. Trend:

Tanınmış pianoçu, Azərbaycanın Əməkdar artisti, beynəlxalqmüsabiqələrin laureatı, ABŞ-də "National Music & Global CultureSociety" cəmiyyətinin banisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru,professor Nərgiz Əliyarovanın Nyu-Yorkda yerləşən məşhur "KarnegiHoll"da çıxışı növbəti uğurla yadda qalıb.

Trend xəbərverir ki, gecə görkəmli bəstəkar, dövlət ordenləri kavaleri,Azərbaycan Dövlət Mükafatları laureatı, SSRİ və Azərbaycanın Xalqartisti Arif Məlikovun (1933-2019) 90 illiyinə həsr olunub.

Bütün biletlər konsertdən bir neçə gün əvvəl satılıb, afişadaüzərində "sold out" yazılan qırmızı lent olub. Konsert proqramındaNərgiz Əliyarova Arif Məlikovun "Sevgi əfsanəsi" baletindənfortepiano üçün pyeslər ifa edib.

Pianoçu baletin süjet xətti, bu əsərin Arif Məlikovyaradıcılığında mərkəzi rolundan danışaraq baletin dünyanın onlarlasəhnəsində nümayiş olunduğunu və musiq sənətinin xəzinəsinə daxilolduğunu vurğulayıb. Gecədə, həmçinin, dünya klassiklərindən Lüdviqvan Bethoven, Friderik Şopen, Nikolay Metner və Klod Debüssininəsərləri ifa olunub.

Çıxışlar tamaşaçıların gurultulu alqışları ilə müşayiət olunub.İzləyicilər sonda pianoçunu ayaqüstə salamlayaraq dəfələrlə səhnəyəçağırıb. Nərgiz Əliyarova həmçinin bisdə Şopenin valsını ifaedib.

"National Music & Global Culture Society" (Milli musiqi vəqlobal mədəniyyət) cəmiyyətinin əsas məqsədi dünya xalqlarınınmusiqisinin təbliğidir. Nərgiz Əliyarova ifaçı və alim musiqişünasolaraq Azərbaycan musiqi mədəniyyətinin inkişafına və təbliğinətöhfə verir. O, dünyanın bir çox nüfuzlu səhnələrində, o cümlədənNyu-Yorkda yerləşən məşhur "Karnegi Holl"da və Vaşinqtonda yerləşənKennedi mərkəzində çıxış edib. Əməkdar artist beynəlxalqmüsabiqələr təşkil edib və Azərbaycanın Fikrət Əmirov, ÜzeyirHacıbəyli və s. kimi görkəmli bəstəkarlarına həsr olunan gecələrkeçirib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Nərgiz
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
1
az.trend.az

2Mənbələr