AZ

Qırmızı dənizdə hərbi əməliyyat keçiriləcək…

Avropa İttifaqı Qırmızı dənizdəki böhran kontekstində naviqasiya azadlığını qorumaq məqsədi ilə ASPIDES hərbi əməliyyatını təsis edib.

SİA-nın əldə etdiyi məlumata görə,sənəd təşkilatın rəsmi jurnalında dərc olunub.

Sənədə əsasən, Qırmızı və Ərəb dənizlərinin beynəlxalq sularında, Ədən körfəzi, Oman və Fars körfəzlərində, Bab əl-Məndəb və Hörmüz boğazları ərazisində genişmiqyaslı əməliyyat keçiriləcək.

Əməliyyatın məqsədi Avropa Birliyinin dəniz qüvvələrinin makroregionda mövcudluğunu təmin etmək,orada fəaliyyət göstərən eyni dəyərləri paylaşan digər dəniz təhlükəsizliyi strukturları iləbirgə fəaliyyət göstərmək və naviqasiya azadlığını qorumaqdır.

Beləliklə,Belçika, Almaniya və bir sıra digər ölkələrin hərbi gəmiləri quru yük gəmilərini müşayiət edəcək və onların hücumlardan müdafiəni təmin edəcəklər.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
sia.az

1Mənbələr