AZ

"Qalatasaray"ın ulduzu üçün 37,5 milyon avroluq təklif

Tarix: 4 Fevral 2024 13:56

"Qalatasaray"ın futbolçusu Hakim Ziyex ərəblərin diqqətindədir.
Milli.Az offsideplus.az-a istinadən bildirir ki, Səudiyyə Ərəbistanı klubu "Əl Şabab" mərakeşli ulduzu heyətində görmək istəyir. Bu barədə "Akşam" nəşri məlumat yayıb.
Ərəblər Ziyex üçün ümumilikdə 37,5 milyon avro təklif edib. Müqavilənin müddəti isə 2,5 illik nəzərdə tutulub.
Ziyex fantastik məbləğdə gələn təklifi dəyərləndirmək üçün klubdan vaxt istəyib.



Milli.Az

Seçilən
198
3
sonxeber.net

10Mənbələr