AZ

Kim Çenin bu vəhşiliyi ölkəni ayağa qaldıracaq! Gizli görüntüləri ifşa edildi - FOTOLAR+VİDEO

Kim Çenin bu vəhşiliyi ölkəni ayağa qaldıracaq! Gizli görüntüləri ifşa edildi - FOTOLAR+VİDEO

Dünyanın ən qapalı ölkələrindən biri olan Şimali Koreyada əmək düşərgələrində çəkilmiş gizli görüntülər üzə çıxıb.

Sonxeber.az xarici mənbəyə istinadən xəbər verir ki, Şimali Koreyadakı əmək düşərgələrinin dəhşətli təfərrüatlarını və ölkədən qaçmağa çalışan qaçqınların həyatından bəhs edən sənədli film beynəlxalq ictimaiyyətin hiddətinə səbəb olub.

"Beyond Utopia: Escape from North Korea" ( Utopiyadan kənar: Şimali Koreyadan qaçış) sənədli filmində düşərgələrin dəhşətli görüntüləri diqqət mərkəzindədir.

Sənədli filmdə şəxslərdən biri qaça bilmədiyini və qaçmağa cəhd zamanı Şimali Koreyada saxlandığını, doqquz ay işgəncələrə məruz qaldığını və 35 kiloqram çəkiyə düşəcək qədər ac qaldığını bildirib .

Adı açıqlanmayan qaçqın nəhayət ki, sırf işgəncələrə son qoymaq üçün casus olmasa da, xarici casus olduğunu etiraf edəndə onu ağacları kəsmək üçün hər gün təpəni gəzməli olduğu düşərgəyə gətirirlər.

Kəsilmiş ağac gövdələri daha sonra təpəyə qalxan məhbusların üzərinə düşərək onları dəhşətli xəsarətlər yetirir yaxud ölümlərinə səbəb olurdu. Qaçqın hekayəsindən danışan aşağıdakı ifadələrə yer verib:

"Məhbusların bədən üzvləri, hər yeri qırılmışdı. Yaralarından bağırsaqları çölə çıxırdı. Sanki meyitlər bir-birinə qarışırdı".

Sözügedən şəxs daim Şimali Koreyada vətəndaşların, burada məskunlaşan insanların nəzarətdə olduğunu bildirib.

KimKimKimKim

Seçilən
250
26
sonxeber.az

10Mənbələr