AZ

Bayden Vaşinqtonda Yaponiyanın Baş nazirini qəbul edəcək

Bakı. Trend:

ABŞ Prezidenti Cozef Bayden aprelin 10-da VaşinqtondaYaponiyanın Baş naziri Fumio Kişidanı qəbul edəcək.

Trend xariciTASS-A istinadən xəbər verir ki, bu barədə Ağ Evin MilliTəhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoruCon Kirbi jurnalistlər üçün keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, liderlərin görüşündə ikitərəflimünasibətlərin əhəmiyyəti, Hind-Sakit Okean tərəfdaşları iləəməkdaşlığı gücləndirmək səyləri ön plana çəkiləcək.

"Yaponiya ilə əməkdaşlığı necə dərinləşdirəcəyimizə, Hind-SakitOkean regionunda bir sıra çağırış və təhdidlərə qarşı birgəişləyəcəyimizə dair fəal müzakirələr gözləyirik. Buraya, həmçininCənubi Koreya ilə əməkdaşlıq məsələsi də daxildir”, - C.Kirbivurğulayıb.

Xatırladaq ki, Yaponiya Baş nazirinin ABŞ-yə əvvəlki səfəri2023-cü ilin yanvarında baş tutub.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
349
1
az.trend.az

10Mənbələr