AZ

İran qonşularını vurdu, indi hava təliminə başlayır

İran ordusu və SEPAH yaxın vaxtlarda birgə hava hücumundan müdafiə təlimləri keçirəcək.

Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Bildirilib ki, İran ordusunun silahlı qüvvələrinin ayrı-ayrı bölmələri və İslam İnqilabı Keşikçiləri Korpusunun iştirakı ilə “Vilayət 1402 səmalarının müdafiəçiləri” adlı ixtisaslaşdırılmış birgə hava hücumundan müdafiə təlimi keçiriləcək.

Təlimin tarixi daha sonra açıqlanacaq. Hazırda təlimlərin təfərrüatı da məlum deyil.

Qeyd edək ki, SEPAH ötən gün İraqın şimalı və Pakistanda bəzi ərazilərə zərbə endirib.

Seçilən
89
12
axar.az

10Mənbələr