AZ

AFFA-dan “Karvan” - “Zaqatala” oyunu ilə bağlı sərt cəzalar

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, iclasda Birinci Liqanın 12-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“İmişli” – “Mingəçevir” oyununda “İmişli” azarkeşləri pirotexniki vasitədən istifadə etdiyinə görə bu klub 150 manat cərimə edilib. Oyunda PFL Əsasnaməsinin tələbi pozulduğuna görə “İmişli” 50 manat cərimə edilib.

“Karvan” – “Zaqatala” oyununda “Karvan”ın futbolçusu Amil Orucov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 3 oyun cəzalanıb, klubu 200 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib. “Karvan”ın futbolçusu Ruslan Voronsov rəqibi təpiklə vurduğuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. Klub buna görə 300 manat cərimə edilib. “Karvan”ın azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə Yevlax klubuna xəbərdarlıq edilib.

Oyunda PFL Əsasnaməsinin tələbi pozulduğuna görə “Karvan” 50 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Karvan” 80 manat cərimə edilib.

“Zaqatala”nın futbolçusu Rüstəm Nuruyev qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 3 oyun cəzalanıb. Onun klubu da 200 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib. “Zaqatala”nın məşqçisi Nəsib Əliyev hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, klubu 150 manat cərimə edilib. “Zaqatala”nın 5 futbolçusu sarı vərəqə aldığına görə klub 70 manat cərimə edilib.

“Qaradağ Lökbatan” – “Difai Ağsu” oyununda “Difai”nin futbolçusu İlham Allahverdiyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. Ağsu klubu buna görə 50 manat cərimə edilib.

“Şamaxı” – MOİK matçında MOİK-in futbolçusu Samir İbrahimov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. Ordu klubu buna görə 50 manat cərimə edilib. Oyundan sonra Şamaxı şəhər stadionuna dəymiş zərər də MOİK klubu tərəfindən ödəniləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
506
5
arena.az

10Mənbələr