AZ

Şamaxıda ev YANIB

Şamaxıda fərdi yaşayış evi yanıb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, yanğın hadisəsi rayonun Qızmeydan kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1943-cü il təvəllüdlü Məcidov Əjdər Əkbər oğluna məxsus ümumi sahəsi 70 k/m olan yaşayış evinin yanar konstruksiyaları tamamilə yanıb.

Hadisə yerinə FHN-nin Şamaxı rayon dövlət yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Qeyd edək ki, yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim Media, Aran bürosu
 

Seçilən
260
2
bizim.media

2Mənbələr