AZ

Parisdə Donbasa dəstək aksiyası keçirilib..?

...SOS Donbass Assosiasiyası və “Donbassı öldürməyi durdur” hərəkatı Parisdə Donbass əhalisinə dəstək məqsədilə “Ukrayna təcavüzünün 10 ili: Maydandan azadlıq müharibəsinə qədər” adlı aksiya keçirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə,bu barədə xəbəriRİA Novostiyayıb.

Fransa, Serbiya, Polşa və Bolqarıstan vətəndaşlarının da qoşulduğu nümayişçilər “Donbasa işgəncələrə son” və “Ukraynanı silahlandırmaqdan əl çək” plakatları ilə çıxıblar.

...Biz göstərmək istəyirik ki, bütün Avropa anti-Rusiya təbliğatına məruz qalmayıb. Vəziyyəti başa düşən və onlardan səmimi narahat olan avropalılar var.

Rusların yazdığına görə, bunuSOS Donbass-ın rəhbəri Anna Novikovabildirib.

Qeyd olunur ki, ukraynayönlü fəallar Rusiya əleyhinə şüarlar səsləndirərək aksiyanı pozmağa çalışsalar da, yerli polis onlara mitinqə müdaxilə etməyə imkan verməyib.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
252
sia.az

1Mənbələr