AZ

Xəbərdarlıq edilmişdi - Həbsdə olan İmran Xana pis xəbər

Bir neçə ittihamla həbs edilən Pakistanın keçmiş baş naziri İmran Xan qurduğu partiyanın sədri vəzifəsindən uzaqlaşdırılıb.

Teleqraf.com xəbər verir ki, keçmiş baş nazirlə qohumluğu olmayan vəkil Göhar Xan partiyanın sədri vəzifəsini tutub.

Dəyişiklikliyin məcburi olduğu bildirilir. Pakistan Seçki Komissiyası keçən ay xəbərdarlıq etmişdi ki, daxili səsvermə keçirilməsə, partiya öz seçki simvolunu (kriketçi) itirə bilər.

Dünya Bankının məlumatına görə, yaşlı əhalinin savadlılıq səviyyəsinin 58 faiz olduğu ölkədə seçki simvolları həlledici əhəmiyyət kəsb edir.

Xan keçmiş kriketçidir. 1992-ci ildə Pakistanı dünya kubokunda qələbəyə çatdırıb. Həbsdə olarkən partiya səsverməsində iştirak hüququndan məhrum edilib.

İmran Xanın sözlərinə görə, ona qarşı cinayət işləri qarşıdan gələn seçkilərdə iştirakının qarşısını almaq üçün açılıb.

Keçmiş baş nazir Pakistan Ədalət Hərəkatı Partiyasını (PTI) 1996-cı ildə qurub. Bir il sonra seçkilərə qatılan PTI parlamentdə bir yer belə qazana bilməyib. Bununla belə, partiya sürətlə böyüdü, 2018-ci ildə parlamentdə əsas bloka çevrildi, lideri İmran Xan isə baş nazir seçildi.

Xan keçən il parlamentdə keçirilən etimadsızlıq səsverməsindən sonra iqtidardan uzaqlaşdırılıb.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
188
teleqraf.com

1Mənbələr