AZ

ABŞ və Qərb siyasi dairələri anlamalıdırlar ki…

Azərbaycanın qırx dörd günlük müharibədə tarixi Zəfər qazanaraq öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi, Cənubi Qafqazda yeni reallıq yaratması, regionda söz sahibinə çevrilməsi bəzi Qərb dövlətlərinin yuxusunu ərşə çəkdi. Buna görə həmin dövlətlər tərəfindən ölkəmizə təzyiqlərə strat verildi. Ancaq deyəsən, qərblilər unudurlar ki, müstəqil siyasət yürüdən ölkəmizlə təzyiq dilində danışmaq mümkün deyil və bütün bunlar Azərbaycanda adekvat qarşılanacaq.

Gerçəklik ondan ibarətdir ki, son vaxtlar bəzi Qərb ölkələri ilə yanaşı, ABŞ-ın yanlış siyasəti Azərbaycanla münasibətlərin gərginləşməsinə gətirib çıxardı. Xüsusilə noyabrın 15-də ABŞ Konqresinin Nümayəndələr Palatasında “Dağlıq Qarabağın gələcəyi” mövzusunda dinləmələr keçirilməsi, ABŞ Senatının “2023-cü il erməniləri müdafiə Aktı”nı qəbul eməsi, bu ölkənin rəsmilərinin Azərbaycan qarşı qərəzli və əsassız fikirlər söyləmələri, xüsüsilə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Braynen “ABŞ açıq şəkildə Ermənistanla sülh yolunda irəliləyiş olmayana qədər Azərbaycanla münasibətlər normal olmayacaq” kimi açıqlaması ikili satndartların bariz nümunəsi olmaqla yanaşı, iki ölkə arasında starteji münasibərlərə ciddi zərbə vurur.

Ağ Evin ölkəmizə təzyiq göstərmək üçün ən çirkin vasitələrə əl atması heç bir məntiqə və ölçüyə uyğun gəlmir. Belə ki, bu günlərdə Türkiyənən hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik bildirib ki, İkinci Qarabağ müharibəsi zamanı ABŞ Türkiyəyə F-16 təyyarələrinin verilməsi üçün şərt irəli sürüb. Vaşinqton Ankaradan Qarabağın azad edilməsi üçün Azərbaycana verdiyi dəstəyi kəsməsini tələb edib.

Təbii ki, bütün bunlar heç bir məntiqə və ölçüyə sığmır. Ona görə də ölkəmiz ABŞ-ın bu cür ikiüzlü və məkrli siyasəti qarşısında bir daha mübarizlik və prinsipiallıq nümayiş etdirdi. Öz qətiyyətli yolundan dönməyən Azərbaycan Ağ Evin qərəzli və düşmən mövqeyinə görə Vaşinqtonda Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri səviyyəsində təklif olunan görüşdə iştirakdan imtina etdi.

Son günlər baş verənlərdən belə qənaətə gəlmək olur ki, Azərbaycanla təhdid dilində danışmağın mümkünsüz olduğunu dərk edən ABŞ deyəsən, öz səhvini başa düşüb. Belə ki, ABŞ Dövlət katibi Antoni Blinkenin noyabrın 27-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsi, Vaşinqtonun Bakı ilə münasibətləri normallaşdırmaq istədiyini söyləməsi, köməkçisi Ceyms O`Braynın dekabrda Azərbaycana səfərinə icazə verilməsini xahiş etməsi bunun əyani təsdiqidir.

Bu, bir gerçəklikdir ki, ABŞ-ın Azərbaycana təzyiq mexanizmləri qeyri-effektivdir və heç bir nəticə verməyəcək. Artıq bunu tanınmış ekspertlər də vurğulayırlar. Bu günlərdə rusiyalı hərbi ekspert İqor Korotçenko bildirib ki, ABŞ-ın Azərbaycana real təzyiq rıçaqları yoxdur: “Azərbaycan daxilində situasiyanı pozmaq mümkün olmayacaq. Çünki Azərbaycan Respublikası effektiv siyasi hakimiyyət sisteminə malikdir, onun strukturu sabitdir. Qeyd edim ki, Prezident Əliyev İkinci Qarabağ müharibəsinin qalibi, ölkənin suverenliyini və ərazi bütövlüyünü misli görünməmiş şəkildə bərpa etmiş xalqın lideri kimi Azərbaycan vətəndaşlarının tam etimadına malikdir. Ölkənin sabit maliyyə-iqtisadi vəziyyəti var, iqtisadiyyat şaxələndirilib, bundan əlavə, Əliyev son illər Mərkəzi Asiya ölkələri, eləcə də Rusiya və Türkiyə ilə iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdirir. ABŞ-ın Azərbaycana təzyiq, “boğma” mexanizmləri praktiki olaraq yoxdur, bundan əlavə, bu, Vaşinqtonun özünün milli maraqlarına uyğun gəlməyəcək. Çünki bu cəhdləri davam etdirsələr, ABŞ tərəfindən fəal şəkildə dəstəklənən Mərkəzi Asiya ölkələri bir daha əmin olacaqlar ki, Vaşinqton tamamilə etibarsız, ikiüzlü partnyordur və hər an arxadan bıçaq vurmağa hazırdır. Amerika anti-Azərbaycan yanaşmasını davam etdirsə, bu yalnız özünə, Xəzər və Mərkəzi Asiya regionunda maraqlarına zərər verəcək. Unutmayaq ki, Avropa İttifaqının Rusiyanın enerji resurslarını tədarük etməkdən imtina etməsi kontekstində Cənub Qaz Dəhlizi ən azı Cənubi Avropa dövlətləri üçün onların enerji təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Ona görə də Qərbdən Azərbaycana qarşı hansısa sanksiyalar tətbiq oluna və ya həyata keçirilə bilər? Yox. İctimai təbliğat sadəcə olaraq ritorikadır. Yenə deyirəm: Qərbin praktiki rıçaqları yoxdur. Bundan əlavə, Bakı ABŞ-ın cavabını verdi, lakin gələcək təmaslar və danışıqlar prosesinin qapısını qapatmadı”.

Nəhayət, ABŞ başda olmaqla Qərb siyasi dairələri anlamalıdırlar ki, ölkəmizlə təzyiq, təhdid dilində danışmaq mümkünsüzdür. Çünki müstəqil, öz milli maraq və mənafelərinə uyğun siyasət yürüdən Azərbaycan dövləti hər cür məkrli və riyakar münaisbətlərə adekvat cavab gücündədir.

Zahid Rza, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
929
50
ikisahil.az

10Mənbələr