AZ

Azərbaycan Kubokunda son 2 oyun - CANLI YAYIM

Bu gün Azərbaycan Kubokunda II təsnifat mərhələsinə yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, son olaraq daha iki oyun keçiriləcək.

"Şamaxı" "Zaqatala"nın, "Mingəçevir" isə "İmişli"nin qonağı olacaq. Hər iki görüş saat 13:30-da başlayacaq.

Daha əvvəl "Karvan", "İrəvan", MOİK, "Səbail", "Turan Tovuz", "Qaradağ Lökbatan, "Kəpəz", "Araz-Naxçıvan" və "Sumqayıt" 1/8 finala vəsiqə qazanıblar.

30 noyabr (cümə axşamı)

13:30. “Zaqatala” – “Şamaxı”
Hakimlər: Fərid Hacıyev, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu (canlı, “AzPFL”)

13:30. “İmişli” – “Mingəçevir”
Hakimlər: Kamran Əliyev, Zöhrab Abbasov, Teymur Teymurov, Murad Səlimli.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
İmişli şəhər stadionu (canlı, “CBC Sport”)

Seçilən
339
1
sportinfo.az

10Mənbələr