AZ

ABŞ və Qərb Türkiyə-Azərbaycan tandemi qarşısında geri çəkilir? - Blinkenin zənginin və Klaarın səfərinin PƏRDƏARXASI

Blinkenin Əliyevə zəngi və Klaarın Ankaraya səfəri son günlər baş verən proseslər fonunda çox ciddi qarşılanır.

Bəs görəsən, ABŞ və Azərbaycan arasında artan gərginlik fonunda Blinkenin Əliyevə zəng etməsi və Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Ankaraya gəlməsi nədən xəbər verir? ABŞ və Qərb Türkiyə-Azərbaycan tandemi qarşısında geri çəkilir? 

Mövzunu "MediaPost"a şərh edən politoloq Samir Hümbətov bildirib ki, Blinkenin Azərbaycan Prezidentinə zəng etməsi daha çox son günlər baş verən proseslərlə əlaqədardır: "Yayılan məlumatlardan da görürük ki, İlham Əliyev Blinkenə Obraynın məlum açıqlamaları, ABŞ tərəfindən Azərbaycan nümayəndələrinə qarşı qoyulan əsassız qadağalarla bağlı iradlarını bildirib.

alt Eyni zamanda Azərbaycan və Ermənistan arasındakı məsələyə ABŞ tərəfindən ikili münasibətin sərgilənməsi ortaya qoyulub. Bütün bunlar isə təsadüfi deyil. Eyni zamanda Toivo Klaarın Ankaraya səfər etməsi bunu göstərir ki, artıq Avropa İttifaqı və ABŞ Türkiyəni regional aktor olaraq qəbul edir və onunla hesablaşır. Onlar yaxşı başa düşürlər ki, Azərbaycanı razı salmağın yolu öncə Türkiyədən keçir. Çünki Türkiyə Azərbaycanla müttəfiq dövlətdir və ölkəmizə qarşı istənilən təhdidin qarşısında Ankara dayanır. Ona görə də hesab edirəm ki, Klaarın Türkiyəyə səfəri və keçirilən görüşlərdə əldə olunan nəticələr çox önəmlidir".

Politoloqun sözlərinə görə, Blinkenin Azərbaycan Prezidenti ilə telefon danışığında müzakirə etdiyi məsələlər birbaşa onu göstərir ki, Toivo Klaar məhz bu mövzularla bağlı Türkiyə rəsmiləri ilə danışıqlar aparacaq: "Yəni Ankaradakı görüşlərdə əsas müzakirə mövzusu Qərbin Cənubi Qafqaz maraqları olacaq. Görünən odur ki, Qərb ölkələri Azərbaycan və Türkiyə ilə bu məsələlərdə təhdid dili ilə danışmağın heç bir fayda verməyəcəyini anlayırlar. Onlar Ermənistana və Gürcüstana qarşı bu cür addım ata bilərlər. Amma Azərbaycanla diqtə dili ilə danışmaq mümkün deyil. Çünki Bakının Ankara kimi müttəfiqi var. Odur ki, Azərbaycanın hadisələrə çox ciddi təsir etmək imkanları mövcuddur. Ona görə də, Blinkenin zəngi və Klaarın səfəri həm Qərb-Azərbaycan, həm də Türkiyə-Qərb münasibətlərində xüsusi bir yanaşma ortaya qoyacaq".

 

 

Müşviq Tofiqoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
910
50
mediapost.az

10Mənbələr