AZ

Azərbaycanda yeni şəhərciklər tikiləcək

Bakı. Trend:

Azərbaycanda hərbi qulluqçular üçün yeni şəhərciklərin tikilməsinəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu Müdafiə Nazirliyinin Hüquqİdarəsinin rəisi Elçin Əliyev Milli Məclisin Əmək və sosial siyasətkomitəsinin bugünkü iclasında “Hərbi qulluqçuların statusuhaqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiqedilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə vəhərbi xidmət haqqında” qanunlara dəyişiklik layihəsinin birincioxunuşda müzakirəsi zamanı deyib.

O qeyd edib ki, bundan sonrakı mərhələdə hərbi qulluqçular üçünmənzillərin verilməsi, hərbi şəhərciklərin tikilməsi nəzərdətutulub.

Qeyd edək ki, noyabrın 29-da parlamentdə hərbi qulluqçularlabağlı bir sıra qanunlara edilən dəyişikliklər müzakirə olunub.

Belə ki, “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbixidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əməkpensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında”Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə”qanun layihəsi parlamentin Əmək və sosial siyasət komitəsininiclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Qanun layihəsində bir sıra dəyişikliklərləyanaşı, hazırlanmasına dövlət tərəfindən zaman və resurs sərfedilmiş hərbi qulluqçuların formalaşmış təcrübəsindən daha uzunmüddət istifadə etmək məqsədilə hərbi qulluqçu kimi pensiyayaçıxmaq üçün minimum xidmətkeçmə tələbinin 20 təqvim ilindən 25təqvim ilinə çatdırılması təklif olunur.

Qeyd edilən dəyişiklik hərbi qulluqçuların pensiya təminatındahər hansı azalmanı istisna etməklə, bir sıra qurumların hərbiqulluqçularının pensiya təminatında artımı nəzərdə tutur. Belə ki,minimum xidmət müddətinin artırılması ilə yanaşı, həmin dövrə görəqulluq əlavəsi faizinin də 50 faizdən 65 faizə qaldırılması təklifedilir. Qanun layihəsinin 2024-cü il yanvarın 1-dən qüvvəyə minməsinəzərdə tutulur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
700
6
az.trend.az

10Mənbələr