"Müharibə veteranlarına verilən təqaüdün məbləği ən azı iki dəfə artırılmalıdır".Bunu "Unikal"a açıqlamasında deputat Fazil Mustafa deyib. Deputat bildirib ki, onlar müharibənin bütün sıxıntılarını yaşamış insanlardır:"Doğrudur, burada da müəyyən məqamda çeşidləmə lazımdır. Bəzi insanlar müxtəlif vasitələrlə bu adı alıblar. Haqqı çatmayan insanların bir-iki günlük ezamiyyətdə aldıqları müharibə veteranı adları var. Amma xeyli hissə döyüş bölgəsində fədakarlıq edib və əziyyət çəkib. Bunları nəzərə almaq lazımdır. Onların təqaüdlərinin 2 dəfə artırılması zəruridir və bu cəmiyyətdə ədalətli addım kimi qəbul olunar".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta