AZ

Emin Ağalarov konsertlərini ləğv edib

Xalq artisti və iş adamı Emin Ağalarovun bu gün və sabah Rusiyada keçirilməsi planlaşdırılan konsertləri ləğv olunub. Missiya.Az xəbər verir ki, ifaçı bu barədə instaqram səhifəsində məlumat yayıb.

Bildirilib ki, oktyabrın 30-da Tulada və oktyabrın 31-də Voronejdə keçirilməli olan konsertləri baş tutmayacaq. Ağalarov musiqi gecələrinin ləğv olunmasının səbəbini açıqlamasa da, alınan biletlərin pulunun geri qaytarılacağını deyib. Sənətçi onu da əlavə edib ki, iş qrafikinin çoxluğundan konsertlər başqa bir tarixə keçiriləcək.

Zərintac MayisqızıMissiya.Az

Seçilən
1
1
missiya.az

2Mənbələr