“Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı sülh təşəbbüsü Kiyevin Rusiya ərazilərini tərk etməsini nəzərdə tutur”.
Missiya.Az “Lenta.ru”ya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.
Onun sözlərinə görə, dövlət başçısının mövqeyi 2024-cü ilin yayından Ukrayna ilə sülhün əldə olunması üçün oxşar şərtləri səsləndirdiyi vaxtdan bəri dəyişməyib.
“Ukraynalılar Rusiya ərazilərini tərk etməlidirlər. Bu, prezident Putinin səsləndirdiyi bir sıra şərtlər idi. Bu, onun sülh təşəbbüsüdür”, - deyə Peskov bildirib.
Daşqın HəsənovMissiya.Az