İki yaşlı övladını və qayınanasını bıçaqlayan şəxsin kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Viral.az xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə Saqi Kərimovun şikayət təmin olunmayıb. Onun barəsində olan hökm qüvvədə saxlanılıb.
Qeyd edək ki, ötən il noyabrın 23-də Səbail rayonu ərazisində Yevlax rayon sakini 1990-cı il təvəllüdlü Saqi Kərimov 1976-cı il təvəllüdlü qayınanasına yüngül və 2020-ci il təvəllüdlü oğluna isə daxilə nüfuz edən xəsarətlər yetirib. O, daha sonra özünün boğaz nahiyəsinə bıçaqla zərbə vurub.
Son Yazılar:
- Azyaşlı oğlunu və qayınanasını bıçaqlayan şəxsin şikayəti təmin OLUNMADI
- “Ailəmdə bu iki şeyə dözə bilmərəm”
- Həyatda dözdüyümüz hadisələrin heç birinə kişilər dözməzdi
Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə S.Kərimov xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra saxlanılıb.
S. Kərimova Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd), 29, 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürməyə cəhd) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saqi Kərimov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
Bakı Apellyasiya Məhkəməsi I instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.