Xidməti otağında intim videolar çəkib yaymaqda təqsirli bilinən Zaur Mirzəyevin kassasiya şikayətinə baxılıb.
Viral.az qafqazinfo.az-a Ali Məhkəmə bu gün Mirzəyevlə bağlı son qərar çıxarıb.
Ən üst instansiya məhkəməsi məhkum FHN polkovnikinə verilmiş şəxsi həyatın toxunulmazlığı ilə bağlı ittihama xitam verib. Qərara əsasən, onun cəzası 3 il 6 aydan 3 il 3 aya endirilib.
Son Yazılar:
- Xidməti otağında intim videolar çəkən Zaur Mirzəyevin kassasiya şikayətinə BAXILDI
- Çindən Orta Dəhlizlə 300-dən çox qatarın göndərilməsi gözlənilir
- 13 yaşlı tələbəsinə qarşı əxlaqsız hərəkət edən müəllimə hökm OXUNDU
Qərar digər hissələrdə dəyişdirilməyib. Bununla da onun 1 il 1 ay çəkilməmiş cəzası qalıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Mirzəyev şəxsi həyatın toxunulmazlığını pozmaqda, pornoqrafik materialları və ya əşyaları qanunsuz yaymaqda və vəzifə saxtakarlığında təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, Z.Mirzəyev videodakı qadınlardan birinə 4 min manat təzminat verməlidir.