“Azərbaycan və Ermənistan sülh müqaviləsinin qalan bəndlərini razılaşdıra biləcəklər”.
Missiya.Az xəbər verir ki, bunu Ermənistanın baş nazirinin ofisinin rəhbəri Arayik Arutyunyan deyib.
"Biz sülh sazişinin imzalanmasının yaxın gələcəkdə reallığa çevrilməsini təmin etməyə çalışırıq", - deyə siyasətçi vurğulayıb.
Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında təmaslar bu baxımdan faydalıdır.
Daşqın HəsənovMissiya.Az