AZ

MÜTDA-nın 1 illik fəaliyyətinə dair hesabat brifinqi keçirilib

Oktyabrın 29-da Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) 1 illik fəaliyyəti dövründə görülən işlər və qarşıda duran vəzifələrlə bağlı mətbuat konfransı keçirilib. 

Mətbuat konfransını giriş sözü ilə açan MÜTDA-nın direktoru Eşqi Bağırov hesabat dövründə məktəbəqədər təhsilin təşkili və idarə olunması istiqamətində əhatəliliyin artırılması və keyfiyyətin yaxşılaşdırılması, alternativ təhsil və maliyyələşmə modelləri, pedaqoji heyətin peşəkar inkişafı və bu təhsil müəssisələrində həyata keçirilən nəzarət tədbirləri barədə iştirakçılara məlumat verib. 

Eşqi Bağırov ümumi təhsilin təşkili və idarə olunması istiqamətində müəllimlərin və direktorların işə qəbulu, müəllimlərin iş yerlərinin dəyişdirilməsi, eləcə də təhsilverənlərin sertifikatlaşdırılması mövzularına toxunub, təhsil müəssisələrində həyata keçirilən layihələr, həmçinin nəzarət tədbirləri barədə də media nümayəndələrini məlumatlandırıb.  

Bununla yanaşı, məktəbdənkənar fəaliyyətin əhatəliliyi, həyata keçirilən tədbirlər barəsində məlumatlar təqdim edilib, həmçinin yaxın dövr ərzində məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul və pedaqoji heyətin diaqnostik qiymətləndirilməsi ilə bağlı yeniliklər diqqətə çatdırılıb. 

Agentlik direktoru Eşqi Bağırov işğaldan azad olunmuş ərazilərdə təhsil infrastrukturu barədə mövcud vəziyyət və qarşıda duran vəzifələrə dair təqdimatla çıxış edib. 

Sonda media nümayəndələrinin sualları cavablandırılıb.

Seçilən
31
tehsil.biz

1Mənbələr