AZ

Universitetlərimizin patent üzrə statistikası - RƏQƏMLƏR

"Təhsil müəssisələrinin dünya reytinqlərində yer alması üçün patentlərinin olması vacibdir".

 

Bunu Sfera.az-a açıqlamasında təhsil eksperti Vüsal Kərimli deyib.

 

O bildirib ki, dünyada ölkələr üzrə patent sayına görə Azərbaycan 135 ölkə içində 70-ci yerdə qərarlaşıb. 

 

Belə ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) 2023-cü il üzrə məlumatına görə, ilk üçlükdə Çin, ABŞ və Yaponiya yer alıb.

 

Siyahı aşağıdakı kimidir:

 

1. Çin – 798 min 347 patent
2. ABŞ – 323 min 410 patent
3. Yaponiya  - 201 min 420 patent
4. Cənubi Koreya  - 135 min 180 patent
5. Hindistan – 30 min 490 patent
6. Almaniya  - 23 min 592 patent
7. Braziliya – 23 min 546 patent
8. Rusiya – 23 min 315 patent
9. Kanada – 18 min 125 patent
10. Avstraliya – 16 min 407 patent
.....
17. İran – 2 min 250 patent
18. Türkiyə - 3 min 449 patent

70. Azərbaycan - 108 patent

 

Ekspert qeyd edib ki, beynəlxalq reytinqlərdə patentlərin payı 2%-dir. Bu bizə növbəti 5 ildə reytinqlərdə hansı yerlərdə olacağımızı təxmin etməyə imkan verir. 

 

Onun sözlərinə görə, ölkə üzrə ali təhsil müəssisələrinin hesbatına görə, ən çox patenti olan Azərbaycan Memarlıq və İnşaat Universitetidir.

 

Universitetlərimizin patent üzrə statistikası aşağıdakı kimidir: 

 

1. Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) - 2015-2022-ci illər ərzində 40 xarici patent

2. Azərbaycan Tibb Universiteti (ATU) - 32 xarici patent  

3. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) - yerli və xarici 26 patent 

4. Azerbaycan Texniki Universiteti (AzTU) - 2018-2022 illər üzrə 14 xarici patent 

5. Bakı Dövlət Universiteti (BDU) - 2017-2022 illər üzrə 3 xarici patent   

6. Bakı Mühəndislik Universiteti (BMU) - 2 xarici patent 

7. Sumqayıt Dövlət Universiteti (SDU) -  xarici və yerli patent haqqında qeyd yoxdur.

8. Lənkəran Dövlət Universiteti (LDU) - xarici və yerli patent haqqında qeyd yoxdur. 

9. Xəzər Universiteti -  xarici və yerli patent haqqında qeyd yoxdur. 

10. Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) - xarici patent haqqında qeyd yoxdur 

11. ADA Universiteti -  xarici yerli patent haqqında qeyd yoxdur. 

 

V.Kərimli qeyd edib ki, bu rəqəmlər universitetlərin öz hesabatlarında qeyd olunub, lakin Ümumdünya Əqli Mülkiyyət Təşkilatında olan nəticə fərqlidir. Belə ki, rəsmi olaraq ÜƏMT bazasında ATU-nun 17, AzTU-nun 3, UNEC-in 4, BDU-nun 4 patenti olduğu qeyd olunub. ÜƏMT bazasına görə, AzMİU ilə BMU-nun ümumiyyətlə patenti yoxdur.

 

Firuzə Əliyeva

Seçilən
24
sfera.az

1Mənbələr