AZ

ABŞ-da seçki təlatümü: 50 milyon adam öncədən səs verdi

Noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərində artıq 50 milyondan çox amerikalı erkən səs verib.

Vətəninfo.az xəbər verir ki , bu barədə Axios xəbər platforması Florida Universitetinin erkən səsvermə sisteminin məlumatlarına istinadən xəbər verir.Dərc edilmiş məlumatlara görə, həmin seçicilərin təxminən 39%-i qeydiyyatdan keçmiş Demokratlar, təxminən 36%-i isə qeydiyyatdan keçmiş respublikaçılardır. Üstəlik, səs verənlərin 41%-nin yaşı 65-dən yuxarıdır.Axios-a görə, 2020-ci il seçkilərində 100 milyona yaxın seçici şəxsən və ya poçt vasitəsilə erkən səs verib.

Seçilən
5
veteninfo.az

1Mənbələr