AZ

Bakıda elektrovoz iki nəfəri vuraraq öldürüb

Oktyabrın 29-da saat 22:15-də "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus elektrovoz Qobustan-Səngəçal istiqamətində hərəkət edərkən iki nəfəri vuraraq öldürüb.

Mia.az xəbərf verir ki, bu barədə ADY məlumat yayıb.

"Stansiya əməkdaşları hadisə yerinə dərhal təcili yardım briqadası çağırsa da, hər iki şəxs aldıqları ağır bədən xəsarətlərindən dünyasını dəyişib. ADY bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən istifadə etməklə keçməyi, məhdudiyyətli görünmə şəraitində, habelə sutkanın qaranlıq vaxtı xüsusilə ehtiyatlı olmağı, yolu keçərkən diqqəti yayındıran hərəkətlərdən, o cümlədən mobil telefon, yaxud qulaqcıqdan istifadə etməkdən çəkinməyi ciddi tövsiyə edir".
 

Seçilən
5
31
mia.az

10Mənbələr