AZ

Kamran İmanov: Məqsədimiz innovasiyaların yaşıl gələcəkdəki rolunu göstərməkdir

“Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə (COP29-a doğru)” mövzusunda dəyirmi masanın əsas məqsədi əqli mülkiyyətin kökündə duran innovasiyaların yaşıl gələcəkdəki rolunu göstərmək, təhlil etmək və innovasiyalara bu həyati məsələdə dəstək verməkdən ibarətdir.

TƏHSİL.BİZ xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov oktyabrın 30-da dəyirmi masadan öncə keçirilən brifinqdə deyib.

“Kollektiv təcrübəyə, ixtiraçılığa və kreativliyə əsaslanaraq, insan cəmiyyəti “yaşıl” gələcək yaratmağa qadirdir”, - deyə Agentlik rəhbəri bildirib. O, həmçinin qeyd edib ki, müasir dünyada yaşıl innovasiya, yaşıl texnologiya, yaşıl patent, yaşıl enerji kimi anlayışlar aktual mövzulardır və təsadüfi deyil ki, Qlobal İnnovasiya İndeksi üzrə hesabatlarda innovasiyaların enerji mənbəyi kimi vacib rolu vurğulanır.

Seçilən
27
tehsil.biz

1Mənbələr