AZ

Tarixi qəsəbədə komendat saatı tətbiq olunacaq - Turist axını narazılıq doğurub

Cənubi Koreyanın tarixi qəsəbəsind həddən artıq turizm axını rəsmiləri sərt tədbirə vadar edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, noyabr ayından başlayaaq tarixi Bukchon Hanok qəsəbəsinə bir çox yerlərə saat 10.00-dan 17.00-dək giriş qadağan ediləcək: "Qadağanı pozan turistlər 100 min Cənubi Koreya Vonu (təxminən 125 manat - Mia.az) cərimələnəcək"

Qəsəbədəki muzeyin direktoru Kvon Young isə qərarı narazılıqla qarşılayıb. O, bu qərardan sonra turistlərin bu qəsəbəyə marağının azalacağını iddia edib: "Belə bir qadağadan sonra burada səyahət etmək istəyər? Bu, Cənubi Koreya haqqında pis təəssürat yaradacaq. Yaxud saat 10-dan 17.00-dək gəlməyən turistlər qadağadan sonra qəsəbəyə və cəmi 5 futbol meydanşçası boyda olan tarixi əraziyə kütləvi axışsa, necə olacaq? Bu, daha böyük sıxlıq yaratmayacaqmı? Bir sözlə, hər iki hal yaşana bilər. Ona görə, qərarın çıxış yolu olduğunu düşünmürəm".

Lamiyə Əhmədli

MİA.AZ

Seçilən
9
1
mia.az

2Mənbələr