AZ

Kadırov boş həyat tərzi keçirən gənclərə görün NƏ TƏKLİF ETDİ

"Qudermesdəki Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinin ərazisindəki boş binanın damına pilotsuz təyyarə ilə edilən hücum Rusiya Prezidenti Vladimir Putinin Ukraynada xüsusi əməliyyat keçirmək qərarının yeganə düzgün qərar olduğunu bir daha sübut etdi".

Publika.az xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov öz "Telegram" kanalında yazıb.

Kadırov vurğulayıb ki, əgər bu edilməsəydi, "torpaqlarımızda hərbi əməliyyatlar teatrı açılacaqdı".

Daha sonra o, əhalinin kişi hissəsinə müraciət edərək, çeçenlərin din normalarına və milli adət-ənənələrə uyğun davranmalı olduqlarını xatırladıb. Çeçenistan rəhbəri boş həyat tərzi keçirən gəncləri rus qoşunlarının sıralarında xidmət etməyə, dinə və milli maraqlara sadiqliklərini döyüş meydanında sübut etməyə çağırıb.

Seçilən
35
publika.az

1Mənbələr