Rusiya prezidenti Vladimir Putin Qərbə növbəti dəfə əzələ nümayiş etdirmək qərarına gəlib.
Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, Putinin əmri ilə Rusiya ordusu yenidən nüvə silahından istifadə ilə bağlı hərbi təlimlərə start verib.
Kremldən verilən açıqlamaya görə, təlimlərlə bağlı Rusiya ordusunun generallarını toplayaraq təlimlə bağlı görüş keçirən Putin deyib: "Bu gün düşmənlərimizi strateji çəkindirmə manevri keçiririk. Qüvvələrimiz yenidən ballistik və qanadlı raketlərin, o cümlədən nüvə silahlarımızdan istifadəyə dair operativ sınaq mərhələsini yaşayacaq".
Nüvə qüvvələrini yeniləməyə davam edəcəklərini xüsusi vurğulayan Putinin sözlərinə görə, Rusiya ordusunun müasir silahlarla təchiz olunma səviyyəsi 94 faizə çatıb: "Rusiya və vətəndaşları qorunmalıdır, onların təhlükəsizliyi daimi və dəqiq olmalıdır. Düzdür, biz bunun üçün yenidən silahlanma yarışına girmək istəmirik, ancaq imkanlarımızı artırmalı və xüsusən nüvə gücümüzü lazımi səviyyədə saxlayacağıq”.
Zülfiyyə Mustafayeva
MİA.AZ