AZ

Bu gün sizi nə gözləyir? - BÜRCLƏR

Qoç - xırda məsələlərə görə narahat olmağa dəyməz. Təlaş üçün ciddi səbəblər olmadığından rahat çalışın. Diqqət və səliqəlik tələb edən işlərin görülməsi üçün münasib zamandır.

Buğa - günün ilk yarısında sizi xoş xəbər gözləyir. Xəbər o qədər yaxşıdır ki, ona inanmağa çətinlik çəkəcəksiniz. İşgüzar təkliflər ala bilərsiniz. Onlar qarşınızda yeni üfüqlər açacaqlar. Yeni tanış olduğunuz insanla ünsiyyət sizi uzun müddət sevindirəcək.

Əkizlər - çox məhsuldar iş günüdür. Qarşınızda duran məsələlər nə qədər qarışıq və mürəkkəb olarsa, onların öhdəsindən bir o qədər yaxşı gələcəksiniz. İşgüzar intuisiyanız iti olsun. Kommersiya fəaliyyətində passivlik etməyin.

Xərçəng - asan olmayan, amma uğurlu zamandır. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün əməllicə zəhmət çəkməli olacaqsınız. İradəli və dönməz olun. Köhnə tanışlar, bir zamanlar həmkarınız və ya iş yoldaşınız olmuş insanlar sizə yardım edəcəklər. İşgüzar səfərlərə yollanmaq, mühüm danışıqlar aparmaq olar.

Şir - yeni işlər və layihələr üçün münasib zamandır. İndiyədək çox zəif təsəvvürünüzün olduğu işlərə də başlaya bilərsiniz. Az sonra müttəfiqinizə çevriləcək insanla qarşılaşa bilərsiniz. İşdəki problemlərin həllində, çətin dövranın aşılmasında yardımçınız olacaq insanlarla təmasda olun.

Qız - başladığınız bütün işlərdə tez uğur əldə edəcəyinizi düşünürsünüzsə, yanılacaqsınız. Maraqlarınızı müdafiə etməyə çalışın. Diskussiya və danışıqlar zamanı kimsənin xətrinə dəyməyin.

Tərəzi - hadisələrlə gərgin, maraqlı işdir. Fəaliyyətinizdə irəliləyişlərə nail olmaq istəyirsinizsə, ağır fiziki işə hazır olun. Xeyli vaxt sərf etdiyiniz məsələnin həlli rifahınıza təsir edəcək. Özünüzdən razı olmayın.

Əqrəb - günün ilk yarısında gərginlik yaranacaq. Yaxın ətrafınızdakı insanlarla bağlı situasiyada dəyişikliklər ola bilər. Münasibətlərdə sərvaxt və sayıq olun. Kobudluq etməyin. Hətta ən kiçik məsələlərin həlli xeyli vaxt alacaq.

Oxatan - günün ilk yarısında başlayacağınız işlərdə sərrast olun. Nikbin davransanız, uğurlar sizindir. Ən yaxşı məziyyətlərinizi nümayiş etdirin. Bacarıq və biliklərinizi göstərin. Dəstəyini almaq istədiyiniz insanlarda özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın.

Oğlaq - bütün diqqətinizi mühüm işlərə yönəldin. Əhəmiyyətli layihələrin həyata keçirilməsində qətiyyətli və əzmkar olun. Önəmsiz məsələlərə fikir verməyin. Situasiya bir dəqiqəlik olsa da, nəzarətdən çıxarsa, hadisələr arzuolunmaz məcraya yönələ bilər. İşgüzar təmaslarda diqqətli olun. Çox vədlər verən insanlara inanmayın.

Dolça - günün ilk yarısında kiçik problemlər və anlaşılmazlıqlar olacaq. Əsas məsələ odur ki, milçəyi filə çevirməyəsiniz və hansısa iş alınmayanda pərişan qalmayasınız. Yolunuzda qarşılaşacağınız bütün maneələri dəf edə bilərsiniz. Yaxın ətrafınızdakı insanlarla dil tapın. Belədə yaşamınız rahatlaşar.

Balıqlar - önəmli qərarları müstəqil şəkildə qəbul etməyə çalışın. Təxribatlara uymayın. Bu gün çoxları sizi yoldan çıxarmağa çalışacaqlar. Zəiflik etməsəniz, onlar uğursuzluğa düçar olacaqlar. Maliyyə baxımından əlverişli zamandır.

Milli.Az

Seçilən
25
mia.az

1Mənbələr