AZ

Azərbaycanın üç yunan-Roma güləşçisi dünya çempionatında qızıl medal qazanıb - YENİLƏNİB-2

Azərbaycanın yunan-Roma güləşçisi, 72 kq çəki dərəcəsində mübarizə aparan Ülvü Qənizadə Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatında qızıl medal qazanıb.

"Far.Az" xəbər verir ki, idmançı finalda fransalı rəqibi İbrahim Qanemə 3:2 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, bundan əvvəl Eldəniz Əzizli və Nihat Məmmədli dünya çempionatında qızıl medala yiyələniblər.

22:21

Azərbaycanın yunan-Roma güləşçisi, 63 kq çəki dərəcəsində mübarizə aparan Nihat Məmmədli Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatında qızıl medal qazanıb.

"Far.Az" xəbər verir ki, o, qazaxıstanlı Yerjet Jarlikassiyə 6:1 hesabı ilə qalib gələrək çempion olub.

Qeyd edək ki, bundan əvvəl Eldəniz Əzizli dünya çempionatında qızıl medala yiyələnib.

22:00

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatında qızıl medal qazanıb.

"Far.Az" xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda iranlı Poya Marz ilə üz-üzə gəlib.

Görüş 1:1 hesabı ilə başa çatsa da, xalların keyfiyyətinə görə E.Əzizli qalib gəlib. Bununla da o, karyerasında 4-cü dəfə dünya çempionatında qızıl medala yiyələnib.

Seçilən
8
27
far.az

10Mənbələr