AZ

BDU Elmi Şurasının növbəti iclası

Bakı Dövlət Universitetində (BDU) Elmi Şuranın növbəti iclası keçirilib.

Tehsil.biz xəbər verir ki, iclasda BDU-nun doktoranturasına qəbulun nəticələri müzakirə edilib.

Bildirilib ki, 2024-cü ildə BDU-nun doktoranturasına 123 ixtisas üzrə qəbul aparılıb. Əvvəlki illərə nisbətən bu il BDU-nun doktoranturasına sənəd verənlərin sayı artıb. Qəbul imtahanlarının nəticələrinə əsasən, fəlsəfə doktoru proqramı üzrə 117, elmlər doktoru proqramı üzrə 17, ümumilikdə 134 nəfər qəbul olunub.

Cari ildə BDU-nun doktoranturasına Türkiyə, Rumıniya, Özbəkistan, Rusiya Federasiyası, Çin, Keniya, İndoneziya, İraq, Misirdən 15 əcnəbi tələbə qəbul olub. Onlardan 13-ü fəlsəfə doktoru, 2-si elmlər doktoru proqramı üzrə Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı, təhsil sahəsində Azərbaycan Respublikası ilə xarici ölkələr arasında bağlanılmış müqavilələrə uyğun müəyyənləşdirilmiş kvota və müəssisənin fiziki şəxslərlə birbaşa bağladığı müqavilələr əsasında qəbul edilib.

Seçilən
10
1
tehsil.biz

2Mənbələr