“Mançester Yunayted”in Ruben Amorimə təklifinin detalları bəlli olub.
Bizim.Media xəbər verir ki, İngiltərə klubu baş məşqçi postuna gətirmək istədiyi mütəxəssisə 2+1 illik müqavilə təklif edib.
Mançesterlilər çalışdırıcıya ildə 8 milyon avro ödəməyə hazırdır. “Qırmızı şeytanlar” Amorimin hazırda çalışdığı “Sportinq”ə də 10 milyon avro verməlidir.
Qeyd edək ki, Premyer Liqa klubu niderlandlı baş məşqçisi Erik Ten Haqla yollarını ayırıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta