AZ

Tbilisidə Türkiyə Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü qeyd olunub

Gürcüstanın paytaxtı Tbilisidə Türkiyə Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü təntənəli şəkildə qeyd olunub.

"Report"un yerli bürosu xəbər verir ki, bayram tədbirində Gürcüstanın dövlət və hökumət rəsmiləri, parlamentin deputatları, diplomatik korpusun təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın videomüraciəti təqdim olunub.

Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay çıxış edərək ölkəsinin dövlətçilik tarixi, ötən illər ərzində əldə olunan uğurlar barədə məlumat verib.

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili dost Türkiyə xalqını bayram münasibətilə təbrik edib, eləcə də ölkələr arasında münasibətlərin inkişaf perspektivləri barədə danışıb.

Seçilən
12
2
azpolitika.info

3Mənbələr