AZ

Amorim "Sportinq"dən ayrıldı

Portuqaliyalı mütəxəssis Ruben Amorim "Sportinq"in baş məşqçi postundan ayrılıb.

90deqiqe.Az xəbər verir ki, Lissabon təmsilçisi 39 yaşlı çalışdırıcının tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.

Sükançının “Mançester Yunayted”də işləməyə keçdiyi də artıq bəllidir. Tərəflər arasında razılaşmanın digər təfərrüatları məlum deyil.

Daha əvvəl Mançester klubunun 10 milyon avro təzminat ödədiyi haqda məlumat yayılıb.

Müqavilə 2026-cı ilin yayına qədər imzalanıb, lakin onu daha bir mövsüm uzatmaq imkanı var. Doqquz turun nəticələrinə əsasən, “Mançester Yunayted” 11 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində 14-cü yerdədir.

Seçilən
19
90deqiqe.az

1Mənbələr