AZ

“Gəncədən Bakıya” layihəsində “Füzuli muğam dünyası” adlı konsert keçirildi

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə “Gəncədən Bakıya” layihəsi çərçivəsində dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş “Füzuli muğam dünyası” adlı konsert proqramı baş tutub.

“Qafqazinfo” xəbər verir ki, konsertdə  Beynəlxalq Muğam Mərkəzinin solistləri Kamilə Nəbiyeva, Hüseyn Məlikov, Elnur Mikayılov (kamança), Rəşad İbrahimov (tar), Əməkdar artist Kamran Kərimov (nağara), İdris Hüseynov (ud), Gəncə Dövlət Filarmoniyasının solistləri Şirxan Cahangirov, Zəminə Mustafayeva, Azər Verdiyev “Bayatı şiraz”, “Mahur”, “Rast”, “Şahnaz” muğamlarını ifa ediblər.







Seçilən
14
2
qafqazinfo.az

3Mənbələr