AZ

TƏBİB Almaniyanın nüfuzlu səhiyyə idarəetmə şəbəkələri ilə əməkdaşlıq müqaviləsi imzalayıb (FOTO)

Bakı. Trend:

TƏBİB və Yeni Klinika Almaniyanın nüfuzlu səhiyyə idarəetməşəbəkələrindən olan “Falk Beratung” və “Sana Hospital Group” iləəməkdaşlıq müqaviləsi imzalayıb.

Trend xəbər verir ki, YeniKlinikada keçirilən mərasimdə əməkdaşlıq müqaviləsini TƏBİB-inİcraçı direktoru Vüqar Qurbanov və Almaniyanın “Falk Beratung”şirkətinin Baş icraçı direktoru Tomas Falk imzalayıblar. Eynizamanda Yeni Klinika ilə “Sana Hospital Group” arasında əməkdaşlıqmüqaviləsinə isə Yeni Klinikanın direktoru Barat Yusubov “SanaHospital Group”un direktoru Tomas Lemke imza atıblar.

Əməkdaşlıq müqaviləsinin imzalanması mərasimində AzərbaycanRespublikasının iqtisadiyyat nazirinin birinci müavini ElnurƏliyev, Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə vəsəlahiyyətli səfiri Ralf Horleman, TƏBİB-in və İcbari Tibbi Sığortaüzrə Dövlət Agentliyinin struktur bölmə rəhbərləri, “Sana”Klinikasının beynəlxalq ofisinin rəhbəri Sven Heyninqer, YeniKlinikanın kollektivi və media nümayəndələri də iştirakediblər.

Əməkdaşlıq müqaviləsində TƏBİB-in tabeli tibb müəssisəsi olanYeni Klinika ilə “Sana Hospital Group” arasında xəstəxanaidarəetməsi üzrə təcrübə mübadiləsi, xarici pasiyentlərin cəlbedilməsi, birgə klinik sınaqların/tədqiqatların keçirilməsi,həkimlər, tibb bacıları və administrativ işçilər üçün qarşılıqlıpeşəkar təkmilləşmə proqramlarının təşkil edilməsi, ISO 9001 və JCIbeynəlxalq sertifikatlarının əldə olunması, tibb bacılığı üzrəpeşəkar kadrların yetişdirilməsi üçün standartların işlənibhazırlanması və təkmilləşdirilməsi, “Sana Hospital Group”brendindən istifadə hüququ ilə bağlı müddəalar öz əksini tapıb.

Əməkdaşlıq çərçivəsində tabeli tibb müəssisəsində göstəriləntibbi xidmətlərin beynəlxalq standartlara uyğunlaşdırılması,göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, YeniKlinikanın tibbi turizm potensialının artırılması və tibbituristlərin ölkəyə cəlb olunması, səhiyyə sahəsində kadrpotensialının inkişafı, innovativ həllərin tətbiqi vərəqəmsallaşdırılma işləri həyata keçiriləcək.

Yeni Klinikada keçirilən imzalanma mərasimində TƏBİB-in İcraçıdirektoru Vüqar Qurbanov çıxış edərək ölkə rəhbərliyinin xüsusidiqqət, qayğısı və birbaşa xeyir-duası ilə Azərbaycan səhiyyəsahəsində bir ilkə imza atıldığını, Almaniyanın nəhəng medikalqruplarından biri ilə əməkdaşlığa başlanıldığını qeyd edib.

O, tibb sahəsində yeni idarəetmə modelinin yaradıldığını,əhalinin bütün təbəqələrinin tibbi xidmətlərə əlçatanlığının eynisəviyyədə təmin edildiyini və bütün bunların nəticəsi olaraq birçox inkişaf etmiş ölkələrin səhiyyə sahəsində Azərbaycanlaəməkdaşlığa maraqlı olduqlarını vurğulayıb:

“Bu gün TƏBİB-in tabeliyində 3 mindən çox tibb müəssisəsifəaliyyət göstərir. İstər paytaxt Bakıda, istərsə də regionlardayerləşən tibb müəssisələrimizdə son illərdə nəzərəçarpacaq qədərirəliləyişlərə nail olmuşuq. Həm maddi-texniki bazanıngücləndirilməsi, həm kadr təminatı, peşəkar həkim-mütəxəssislərintibb müəssisələrimizə cəlb olunması, yeni cihaz və avadanlıqlarınalınması, rəqəmsallaşma, səhiyyədə yeniliklərin tətbiqiistiqamətində çox işlər görülüb və bu istiqamətdə fəaliyyətlərimizbundan sonra da davam edəcək.

Müəssisələrimiz arasında Yeni Klinikanın xüsusi yeri, xüsusiçəkisi var. Tarixi çox yeni olsa da, bu gün Qafqazın ən böyükxəstəxanası ünvanını daşıyır. Cənab Prezident İlham Əliyev vəbirinci xanım Mehriban Əliyevanın iştirakı ilə 28 mart 2020-ci iltarixində açılışı baş tutan Yeni Klinikada bu gün çox mürəkkəb vəçətin əməliyyatlar uğurla icra olunur. 70 reanimasiya yeri vəmüasir cihazlarla təchiz olunmuş 21 əməliyyatxanası ilə YeniKlinikada unikal əməliyyatlar icra olunur. Əldə olunan nailiyyətlərtəbii ki, xarici ölkələrin də diqqətini çəkir. Bu, həm dəAlmaniyanın Azərbaycanın tibb sahəsinə investisiyaların cəlbolunması baxımından da önəmli müqavilədir”.

Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə vəsəlahiyyətli səfiri Ralf Horleman çıxışında əməkdaşlıqmüqaviləsinin imzalanmasının iki ölkə arasında münasibətlərininkişafında çox önəmli addım olduğunu, səhiyyə sahəsində biryenilik olduğunu deyib:

“Bu, insanlara xeyir verəcək bir əməkdaşlıqdır. “Sana HospitalGroup” Almaniyanın aparıcı şirkətlərindən biridir. Şirkətin həmmenecment, həm səhiyyə sahəsində səmərəli və effektiv metodları,yüksək standartları burada da tətbiq olunacaq. Bu əməkdaşlıqlabağlı ilkin layihəni “Falk Beratung” şirkətinin Baş icraçıdirektoru Tomas Falk Prezident İlham Əliyevə təqdim edəndə o da buiş birliyini müsbət qiymətləndirib, iki ölkə arasındakımünasibətlərə töhfə verəcəyindən məmnun olduğunu bildirmişdi”.

Daha sonra “Falk Beratung” şirkətinin Baş icraçı direktoru TomasFalk çıxış edərək əvvəllər yalnız ideya və düşüncədən ibarət olanbu əməkdaşlığın detallarının artıq rəsmi şəkildə imzalanmasındanməmnun olduğunu bildirib:

“Bu, yalnız səhiyyə sahəsinə deyil, həm də iki ölkə arasındaxarici siyasətə, iqtisadiyyata töhfədir. Bu, iki xalq arasındadostluq əlaqələrinin gücləndirilməsində də önəmli addımdır. Biz bugün bir düşüncənin artıq reallığa keçməsini qeyd edirik”.

“Sana Hospital Group”un direktoru Tomas Lemke çıxışındaAzərbaycanı keyfiyyətli tibbi xidmətin mərkəzinə çevirmək üçünbirlikdə əməkdaşlıq etməklərindən məmnunluğunu dilə gətirib: “Biziməməkdaşlığımız 2023-cü ildən başlayıb. Bu müddət ərzində qarşılıqlıtanışlıq səfərləri, görüşlər keçirərək bir-birimizin işprinsiplərini daha yaxından öyrəndik, inanıram ki, çox uğurluişbirliyi olacaq. Mən sizi rəhbərlik etdiyim qurumun 36 minəməkdaşı adından da salamlayıram. “Sana Hospital Group” olaraq fəxredirik ki, bizim təcrübəmiz Azərbaycanda da insanlarınsağlamlıqlarına qovuşması istiqamətində öz töhfəsini verəcək. Birsıra ölkələr var ki, tibbi xidməti düzgün və keyfiyyətli şəkildəqurmaqda çətinlik çəkirlər. Amma siz Azərbaycanda tibbi xidməti çoxuğurlu şəkildə təşkil etmisiniz. Mən bu əməkdaşlığımıza çoxsevinirəm”.

Sonda Yeni Klinikanın direktoru Barat Yusubov çıxış edərəkbildirib ki, artıq uzun müddətdir ki, dünya miqyasında tibbiturizmə artan tələbata uyğun olaraq TƏBİB-in dəstəyi ilə YeniKlinikada bu istiqamətdə müəyyən addımlar atılır. Məhz bu məqsədləbeynəlxalq turistlərin cəlb edilməsi imkanlarının genişləndirilməsiüçün tibb müəssisəsində info-turlar, görüşlər və tibbi təcrübəmübadilələri təşkil olunur:

“Düşünürəm ki, Yeni Klinika və “Sana Hospital Group” arasındaimzalanacaq bu müqavilə böyük uğurlara yol açaraq tibbi turizmistiqamətində görüləcək işləri daha da sürətləndirəcək”.

Əməkdaşlıq müqaviləsində “Sana Hospital Group”un loqosunun YeniKlinikada müştərək istifadə olunması da nəzərdə tutulub. Məlumatüçün bildirək ki, “Sana Hospital Group”un loqosundan istifadəedilməsi dünya praktikasında ilk dəfə olaraq Azərbaycanda tətbiqediləcək. Bu, Yeni Klinikanın ölkə xaricində dünya standartlarınacavab verən tibb müəssisəsi kimi tanınmasına böyük töhfəverəcək.

Qeyd edək ki, “Sana Hospital Group” Almaniyanın Münhen şəhərindəyerləşən və 1976-cı ildən səhiyyə xidmətləri üzrə fəaliyyətgöstərən aparıcı şirkətlərindən biridir. 36 000-dən çox əməkdaşıolan şirkət 120-yə yaxın tibb müəssisəsində hər il təxminən 2,1milyon pasiyentə 44 adda təxirəsalınmaz və ixtisaslaşmış tibbixidmət göstərir.

TƏBİB
TƏBİB
TƏBİB
TƏBİB
TƏBİB
TƏBİB
TƏBİB
TƏBİB
TƏBİB
TƏBİB
TƏBİB
TƏBİB
TƏBİB
Məqalədə:
Seçilən
4
9
az.trend.az

10Mənbələr