AZ

Ağadadaş Ağayevin ölkədən çıxışına qadağa qoyula bilər

Xalq artisti Ağadadaş Ağayev yenidən məhkəməyə verilib.

 

Sfera.az xəbər verir ki, buna səbəb onun dövlətə vergi borclarının yaranmasıdır.

 

Belə ki, müğənniyə məxsus "Ağadadaş" MMC-nin dövlət büdcəsinə vergi və fondlara borcu yaranıb. Lakin o, həmin borcları müəyyən olunan vaxt keçməsinə baxmayaraq, ödəməyib. Buna görə də Dövlət Vergi Xidmətinin Bakı şəhəri üzrə Lokal Gəlirlər Baş İdarəsi ona qarşı Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb.

 

İddiada borcu ödəmədiyi təqdirdə Xalq artistinin Azərbaycandan çıxışına müvəqqəti qadağa qoyulması istənilib. İddiaya hakim Kənan Hüseynov baxacaq.

 

Qeyd edək ki, sənətçi bu yay Binəqədi rayonu ərazisində yerləşən “Medera” hospitaldakı qalmaqallı dava ilə gündəmə gəlib. Hazırda bu iş üzrə də məhkəmə gedir.(Lent.az)

Seçilən
5
30
sfera.az

10Mənbələr