AZ

Ukrayna Ali Radası hərbi vəziyyətin və səfərbərliyin uzadılmasını dəstəkləyib

Ukrayna Ali Radası hərbi vəziyyətin və ümumi səfərbərliyin qüvvədə olma müddətinin daha 90 gün uzadılmasını dəstəkləyib.

"Report" RBC-Ukraine” agentliyinə istinadən xəbər verir ki, bu barədə xalq deputatı Yaroslav Jeleznyak “Telegram” kanalında məlumat verib.

Onun sözlərinə görə, səsvermə zamanı hərbi vəziyyətin uzadılması haqqında qanun layihəsini 311 deputat, ümumi səfərbərlik müddətinin uzadılması haqqında qanun layihəsini isə 304 deputat dəstəkləyib.

Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyətin müddəti 2024-cü il noyabrın 10-dan 2025-ci il fevralın 7-dək uzadılıb.

Seçilən
25
2
far.az

3Mənbələr