“Eurowings”, İsveçrə, Brüssel və Avstriya Hava Yollarına sahib olan “Lufthansa Qrupu”nun 2024-cü ilin üçüncü rübü üzrə açıqladığı maliyyə nəticələrinə görə, qrupun ötən ilin 3-cü rübündə əsas qazanc göstəricisi olan faiz və vergidən əvvəl düzəliş edilmiş mənfəəti (EBITDA) il 1,46 milyard avro ikən bu ilin eyni dövründə bu rəqəm yüzdə 9 azalaraq 1,34 milyard avro oldu.

İndex.az xəbər verir ki, yay dövrü şirkət tarixində ən gəlirli dövr olsa da, yüksək tələbat, daha çox uçuş və daim yüksək bilet qiymətləri ilə 2024-cü ilin iyul-sentyabr aylarında “Lufthansa” gəlirləri keçən ilin eyni dövrü ilə müqayisədə 5% artaraq 10,73 milyard avroya çatıb.

Şirkətin tarixində ən yüksək rüblük gəlirə nail olması diqqət çəkib. “Lufthansa”, sözügedən dövrdə 40 milyon sərnişin daşıdığını açıqladı. Ötən ilin eyni rübündə 38,17 milyon sərnişin daşınıb.