AZ

“Lufthansa Group”un mənfəəti 9 faiz azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Alman aviaşirkəti “Lufthansa Group” üçüncü rübdə daha az mənfəət əldə etdiyini açıqlayıb.

Banco.az xəbər verir ki, “Eurowings”, “Swiss”, Brüssel və Avstriya Hava Yollarına sahib olan “Lufthansa” Qrupunun 2024-cü ilin üçüncü rübü üzrə maliyyə nəticələri açıqlanıb.

Qrupun ötən ilin üçüncü rübündə əsas qazanc göstəricisi olan faiz və vergidən əvvəl düzəliş edilmiş mənfəəti (EBITDA) 1,46 milyard avro olduğu halda, bu ilin eyni dövründə bu rəqəm 9 faiz azalaraq 1,34 milyard avroya düşüb.

Yay dövrü şirkət tarixində ən gəlirli dövr olarkən, yüksək tələbat, daha çox uçuş və daim yüksək bilet qiymətləri ilə 2024-cü ilin iyul-sentyabr aylarında “Lufthansa”ın gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq 10,73 milyard avroya çatıb. Şirkətin tarixində ən yüksək rüblük gəlirə nail olması diqqət çəkib.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
27
1
banco.az

2Mənbələr