İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlarda son iki həftədə 777 nəfər həyatını itirib.Missiya.Az xəbər verir ki, bu barədə Qəzzada Səhiyyə Nazirliyi məlumat yayıb.Bildirilib ki, 2210 nəfər isə yaralanıb.İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrində son 24 saatda həyata keçirdiyi “4 qırğın”da 41 nəfərin öldüyü, 113 nəfərin yaralandığı bildirilib.Qeyd olunub ki, İsrailin Qəzza zolağına 2023-cü il oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda ölənlərin sayı 43 min 61-ə, yaralıların sayı isə 101 min 223-ə yüksəlib.Leyla SƏMƏNDƏRMissiya.Az