AZ

“Hizbullah”ın lideri ölümlə hədələndi

İsrail “Hizbullah”ın baş katibi Naim Kasemini ölümlə hədələyib.

KONKRET.az xəbər verir ki, bu barədə sözügedən ölkənin Xarici İşlər Nazirliyinin feysbuk səhifəsində paylaşım edilib.

Qeyd olunub ki, Kasemi sələflərinin yolu ilə getsə, onun da sonu çatacaq:

““Hizbullah” Naim Kasemini yeni baş katib elan etdi. Əgər o, sələfləri Həsən Nəsrullah və Haşim Səfiəddinin yolu ilə getsə, onun vəzifədə qalması bu terror təşkilatının tarixində ən qısa müddətə çevrilə bilər”.

Məlik,
KONKRET.az

Seçilən
8
1
konkret.az

2Mənbələr