İtaliyadan olan 19 yaşlı xizəkçi Matilda Lorensi məşqdə yıxıldıqdan sonra aldığı xəsarətlər nəticəsində oktyabrın 29-da dünyasını dəyişib.
Apasport.az xəbər verir ki, Beynəlxalq Xizək Federasiyasının (FIS) məlumatına görə, faciəvi insident bazar ertəsi, oktyabrın 28-də Val Senales xizək kurortunda məşq zamanı baş verib.
“O, qəzadan dərhal sonra ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Bütün gecə həkimlər idmançının həyatı üçün mübarizə apardılar, lakin bu səhər Lorensi vəfat etdi”, – məlumatda deyilir.
Lorensi dünyanın ən istedadlı gənc xizəkçilərindən biri hesab olunurdu. Ötən mövsüm o, İtaliya kubokunun qalibi olub.
Təmsilçilərimiz Nitsa turnirində
Gimnastlarımızdan iki medal
Akrobatlarımızdan gümüş medal
Təmsilçilərimiz dünya çempionatının finalında
Əfsanəvi atlet Otis Davis vəfat edib