AZ

Nyu-Yorkda Şopenin əvvəllər məlum olmayan əsəri tapılıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Nyu-Yorkda Morqan Kitabxanası və Muzeyinin kuratoru Robinson MakKlellan Madison prospektindəki institutun kolleksiyasında bəstəkar Frederik Şopenin əvvəllər məlum olmayan əsərinin (vals) notlarını aşkar edib.
Oxu.Az bu barədə "The New York Times"a istinadən xəbər verir.
Məlumata görə, o, zamandan saralmış, 24 musiqi taktından (təkrarla 48) ibarət qısa əsərin not vərəqini tapıb. Əsərin yuxarısında XIX əsrin ən uğurlu bəstəkarlarından birinin soyadı yazılıb.
Şopenin xətti çox tanınan olduğundan, MakKlellan artefaktın həqiqiliyini yoxlamağa qərar verib. Kağız və mürəkkəbin analizi, həmçinin xəttin və kompozisiyanın musiqi üslubunun öyrənilməsi muzeydə məşhur polyak musiqiçisinin unudulmuş valsının olduğunu təsdiqləyib.
Tarixçilər belə axtarışları yarım əsrdən çoxdur ki, etməyiblər. Mütəxəssislərin fikrincə, Şopen tapılmış valsı 1830-1835-ci illər arasında, 20-dən bir qədər çox yaşı olanda yazıb.
Musiqişünasların fikrincə, əsər tamamlanıb. İfa zamanı onun davametmə müddəti təxminən 80 saniyədir - bu, Şopenin daha əvvəlki illərdə yazdığı valslardan çox qısadır.
Seçilən
8
1
oxu.az

2Mənbələr