“Hazırda azad edilən ərazilərdə 10 ümumi təhsil müəssisəsi (məktəb), 4 məktəbəqədər təhsil müəssisəsi (bağça) fəaliyyət göstərir”.
"Cebheinfo.az" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov keçirdiyi hesabat brifinqində deyib.
O qeyd edib ki, bağçalarda 96 uşaq, məktəblərdə 1803 nəfər şagird (məktəbəhazırlıqla birgə) olmaqla ümumilikdə 1899 nəfər təlim-tədrisə cəlb olunub.