AZ

MÜTDA: Məktəblərdə hüquq-mühafizə orqanları ilə birlikdə yuxarı sinif şagirdləri və valideynlərlə mütəmadi görüşlər keçirilir

“Məktəblərdə hüquq-mühafizə orqanları ilə birlikdə yuxarı sinif şagirdləri və valideynlərlə mütəmadi görüşlər keçirilir”.

Vətəninfo.az  xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov 1 illik fəaliyyətinə dair keçirilən “Hesabat Brifinqi” zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, məqsəd məktəblilərin cinayət əməllərindən uzaqlaşdırılmasıdır:

“Xüsusən də, oğlanlar arasında görüşlərin keçirilməsinə əhəmiyyət veririk”.

“Amma məktəblərdə üstündə soyuq silah gəzdirən şagirdləri aşkarlamaq üçün metal detektorları almaq kimi bir plan yoxdur”, – deyə o qeyd edib.

Seçilən
10
9
veteninfo.az

10Mənbələr