Türkiyəli atlet Selene Durna evinin eyvanından yıxılaraq faciəvi şəkildə vəfat edib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, 32 yaşlı idmançı 6-cı mərtəbədən yerə çırpılıb.
Hüquq-mühafizə orqanları S.Durnanın intihar etdiyini düşünür.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, ötən il idmançı nizəatma üzrə Türkiyə çempionu olub. O eyni zamanda, 2019-cu ildə Balkan çempionatının gümüş medalını da qazanıb.